Qırmızı.az
FHN seminar keçirib
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə əlaqədar aktual məsələlər” mövzusunda seminar keçirilib.
Publika.az xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilmiş seminarın işində Almaniya Federativ Respublikasının Aşağı Saksoniya Federal Torpağının Yuxarı İnzibati Məhkəməsinin hakimi Maks Ploq, FHN-nin və Azərbaycan Respublikası Milli Məclis aparatının təmsilçiləri, Agentliyin rəhbər heyəti və struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Agentliyin rəis müavini Təyyar Hüseynli Azərbaycan Respublikası
Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması tarixi, onun
tətbiqinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə
danışıb.
Seminarda bildirilib ki, Almaniyadan olan ekspertlərin dəstəyi ilə
şəhərsalma və tikinti fəaliyyəti sahələrində mövcud olan bəzi
problemlərin həllinə kömək edəcək.
Maks Ploq Almaniya Federativ Respublikasının ümumi tikinti
qanunvericiliyi, Almaniya təcrübəsində tikintidə nəzarətin həyata
keçirilməsi, layihə sənədlərinin, xüsusilə də mürəkkəb texniki
tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi
mexanizmi barədə məlumat verib.
Müvafiq sahədə Almaniya və Azərbaycan qanunvericiliklərinin
müqayisəli təhlilini aparıb, Məcəllədə nəzərdə tutumuş
məlumatlandırma icraatı, tikinti layihələrinin ekspertizası,
tikintiyə icazənin verilməsi, tikintidə nəzarət növləri ilə bağlı
sualları cavablandırıb.
Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyində tikinti obyektlərinin sökülməsi halları, dövlət vəsaiti hesabına inşa edilən tikinti obyektlərinin xüsusiyyətləri, tikinti fəaliyyətinin subyektləri arasında qarşılıqlı əlaqə mexanizmi ilə bağlı yaranan suallara aydınlıq gətirilib.
Sonda Agentlik əməkdaşlarında maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
İlhamə
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR