Bakı Ali Neft Məktəbinin kampusu belə olacaq - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbinin kampusu belə olacaq - FOTOLAR

Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbi (BANM) magistratura proqramına başlayacaq. Magistraturaya qəbul planı, qəbul aparılacaq ixtisaslar üzrə yaxın zamanda məlumat veriləcək.

Bunu Publika.az-a açıqlamasında BANM-nin rektoru Elmar Qasımov deyib.

Onun sözlərinə görə, növbəti tədris ilində həm də ali məktəbin kampusunun açılışı olacaq. Rektor işlərin əsas hissəsinin başa çatdığını bildirib:

“Artıq tikinti və təmirlə bağlı əsas işlər yekunlaşıb. Növbəti tədris ilində açılış gözlənilir. Kampus Bibiheybət məscidi yaxınlığında tikilib. Kampusda tələbə və müəllimlər üçün ödənişsiz yataqxana istifadəyə veriləcək. Həmçinin şəhərcik ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bu da azyaşlı övladı olan müəllimlərin işini asanlaşdırmış olacaq. Kampus təxminən 30 ha ərazini əhatə edir. Kampus yaxınlığında neft buruqlarının yerləşməsi tələbələrin daha rahat təcrübə keçmək imkanı verəcək”

Kampus ərazisində inzibatı bina, hazırlıq proqramında oxuyanlar və sonrakı kurslar üçün ayrıca tədris korpusları tikilib. Həmçinin idman meydançası da hazırdır. Min nəfərlik konfrans zalı olacaq. Bu zal yalnız daxili tədbirlərə deyil, beynəlxalq tədbirlərə də ev sahibliyi etmək imkanına malik olacaq. Ərazi 5 min nəfərlik tələbənin təhsil alması nəzərdə tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm