• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda 500-dək yol nişanı oğurlanıb (FOTO)

Bakıda 500-dək yol nişanı oğurlanıb (FOTO)

Bu günədək paytaxtın yol kənarlarında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə məxsus 500-dək yol nişanı oğurlanıb. Bunu Trend-ə açıqlamasında İdarənin rəisi Həsən Abdullayev deyib.

İdarə rəisinin sözlərinə görə, Bakıda parkomatların olduğu bir sıra müvəqqəti duracaqlarda avtomobillərin ödənişli dayanacağa daxil olduğunu bildirən xəbərdaredici lövhələr, o cümlədən parklanma qaydasını bildirən yol nişanları quraşdırılır. Onun sözlərinə görə, belə lövhə və yol nişanlarının parkomatların olduğu bütün ərazilərdə quraşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, H.Abdullayev bəzi şəxslərin, xüsusən də taksi sürücülərinin onların quraşdırdığı yol nişanlarına qənim kəsildiyini açıqlayıb: “Bəzi sürücülər, xüsusən də taksi sürücüləri yol nişanlarına qənim kəsiliblər. Onlar quraşdırdığımız yol nişanlarını və lövhələri yerindən çıxarırlar. Bu günədək bizim 500-dək yol nişanımızı oğurlayıb aparıblar. Bəzən isə yol nişanının üzünü əks tərəfə çevirir, parkomatların üzərinə yazı yazırlar. Bu vandallıqdır. Normal səviyyəsi olan şəxs belə vəhşilik etməz”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR