Qırmızı.az
Rusiyada cinayət törədənlər Azərbaycanda tutuldu
Daxili işlər orqanlarının əməkdaşları Rusiya tərəfindən axtarışda olan 8 nəfəri tutub. Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev və 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev tutulub, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov saxlanılıb. |
Baş Cinayət-Axtarış İdarəsi və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 108-ci (zəruri müdafiə həddinin aşmaqla adam öldürmə) və 206-cı (girov götürmə) maddələri ilə axtarışda olan Oqtay Səmədov tutulub. |
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacıyev tutulub. |
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev tutulub. |
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov saxlanılıb. |
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu