Qırmızı.az
Bakıda 13 yaşlı uşaq və 70-75 yaşlı qoca yol qəzasının qurbanı oldu
Bakıda iki piyada ölüb. Onlardan biri 13 yaşlı uşaq, digəri isə 70-75 yaşlı qocadır.
Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-ü saat 22:00 radələrində Maştağa-Çiləgər yolunda naməlum şəxs idarə etdiyi avtomobillə piyada, 2001-ci il təvəllüdlü Əhmədli Məhərrəm Cəfər oğlunu vurub. 13 yaşlı M.Əhmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 13:40-da Yasamal rayonu Zərdabi prospekti, 87 saylı ünvanının qarşısında 1967-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Mercedes” markalı “90-GO-582” dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 70-75 yaşlı piyada kişini vurub. Naməlum piyada 4 saylı təcili tibbi yardım stansiyasının həkim briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, kişi aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi