Paytaxtda avtomobil oğrusu tutuldu
Bizi izləyin

Qırmızı.az

Paytaxtda avtomobil oğrusu tutuldu

Paytaxtda avtomobil oğrusu tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 15-də Qaraçuxur qəsəbəsi İ.Mustafayev küçəsinin qarşısından qəsəbə sakini Orxan İsmayılovun "Kia Sorento" markalı avtomobili qaçırılıb.

Suraxanı RPİ 32-ci PB və Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Varis Məmmədov Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində avtomobillə birlikdə saxlanılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm