Qırmızı.az
İstirahət gününün havası
Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra 19 oktyabr günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Pulika.az - a bildiriblər ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yağış yağacaq, yarımadanın bəzi yerlərində intensivləşəcək. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecəyə doğru bəzi yerlərdə şiddətlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, günün birinci yarısı 20-25, axşama doğru 10-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sabah şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə yağış arabir intensivləşəcək, güclü qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 11-16, günün birinci yarısı 22-27, axşama doğru 12-17, dağlarda gecə 4-8, günün birinci yarısı 12-17, axşama doğru 5-9 dərəcə isti olacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR