
Erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, video
kadrları Feysbukda “Karabakh War Pictures” səhifəsi paylaşıb.
Səhifə görüntülərin üzərində bu sözləri yazıb:
“Qarabağda ermənilər tərəfindən girov götürülən Azərbaycanlı savaş
əsirləri ilə "xoş rəftar"...
Azərbaycanlı əsirlərin üz ifadələrinə baxsanız, ermənilərin onlarla
çəkiliş xatirinə belə xoş davrandığını anlamaqda çətinlik
çəkməyəcəksiniz. Ola bilsin, videoda kiminsə itkin düşmüş
qohumu-tanışı ola bilər. Ona görə yaxşı baxın. Bəlkə, bu bir ümid
olacaq.
Videoda əsirlərdən İdris Əhmədov və Vaqif Qəmbərov adlarının çəkildiyinin şahidi olacaqsınız”.
Videonu təqdim edirik: