• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanılıb

Azərbaycan üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanılıb

Bu ildən ölkə üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanılıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda yüksəksəviyyəli siyasi seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dərman təchizatının yaxşılaşdırılması məqsədilə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb. Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması, strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta heabla 50% ixtisar edilib və iqtisadi baxımdan səmərəli hesab edilməyən 40%-ə yaxın stasionar müəssiə bağlanıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb.

İlkin səhiyyə xidməti müəssisələrində ailə həkimi praktikasının tətbiqinə başlanıb. Bu gün minə qədər ailə həkimi regionlarda, kənd xəstəxanalarında və digər ilkin səhiyyə müəssisələrində çalışır.

Z.Mustafayeva deyib ki, son 10 il ərzində Azərbaycanda ölüm göstərcisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Ölkədə orta ömür uzunluğu bu illər ərzində artaraq 2000-ci ildə 71,8 yaşdan 2013-cü ildə 74,2 yaşadək yüksəlib.

Son illər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə göstəricilərin yaxşılaşmasına gətirib çıxarıb. Ana ölümü 61%, körpə ölümü 34% azalıb: “İldən-ilə dövlət büdcəsindən səhiyyəyə daha çox vəsait ayrılır. Belə ki, 2005-ci illə müqayisədə 2014-cü ild bu vəsait 6 dəfədən çox artaraq 725 milyon manat təşkil edib”.

Z.Mustafayeva qeyd edib ki, ötən 10 il ərzində ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilərək istifadəyə verilib və ya əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz edilib. Bu müəssisələrin 32%-i Bakının, 68%-i iə ölkənin digər regionlarının payına düşür.

Ötən dövr ərzində ambulator-poliklinik tibb müəssisələrinə il ərzində müraciətlərin sayı artıb. Xəstəxanada qalma günü azalmaqla və çarpayıların orta tutulma göstəriciləri artmaqla tibb müəssisələrinin işinin səmərəliləşdirilməsinə nail olunub. Xəstəxana çarpayılarının məşğulluq göstəricisi son 10 il əzində 3 dəfə yüksəlib.

Ötən illə ərzində 10-dan artıq dövlət proqramı həyata keçirilib. Müxtəlif xəstəliklər üzrə 80-dən çox klinik protokol hazırlanıb.

“Elektron Azərbaycan” Dövlət Proqramına uyğun olaraq 12 istiqamət üzrə tibbi elektron reyestr, “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə sistemi yaradılıb. Hazırda respublika üzrə minə yaxın işçi yeni sistemə qoşulub və müvafq işçi heyətinə təlimlər keçiilib. Bu günə qədər 1 milyona yaxın yenidoğulmuş uşağa Elektron Sağlamlıq Kartı verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR