Gecikdirilmiş ödənişlər ünvana çatdırılıb
Bizi izləyin

Qırmızı.az

Gecikdirilmiş ödənişlər ünvana çatdırılıb

“Son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanıb”. Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunub. Nazir əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1 faizi, yəni 1 411 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur: “Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanması Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib”.

EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirildiyini deyən S. Müslümov bunu işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi hesab edib. Nazir bildirib ki, qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndiriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm