Bu mağazalardan alış-veriş etməyin - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu mağazalardan alış-veriş etməyin - SİYAHI

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət və iaşə obyektlərində yoxalam keçirib.

Nazirliyin mtbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.

Həmin siyahını təqdim edirik:

Bakının Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsində Yeganə Abdulqədirovaya, Lumuzər Namazovaya və Məmməd İsmayılova məxsus mağazalar;

Bakının Xətai rayonunda

- Zığ yolu, 12A ünvanında Əlizamin Şükürova məxsus mağaza;

Sumqayıt şəhərində

- 18-ci məhəllə, H.Əliyev prospektində Afaq Piriyevaya məxsus mağaza;

Sumqayıt şəhərində

- 3-cü məhəllə, 27/10 ünvanında Ramiz Rəhimova məxsus mağaza;

Sumqayıt şəhərində

- 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya məxsus mağaza;

Şirvan şəhərində

- Füzuli adına mədəniyyət və istirahət parkında Fərhad Həziyevə məxsus yeməkxana;

Zaqatala şəhərində

- V.İsmayılov küçəsi, 44 ünvanında Şahid Salamova məxsus mağaza;

Gəncə şəhərində

- Nizami küçəsində Əfşanbəyim Xəlilovaya məxsus mağaza;

- V.Xuluflu küçəsi, 15 ünvanında Vahid Qəmbərova məxsus mağaza;

- Xətai prospekti, 84 ünvanında Elşən Əliyevə məxsus mağaza;

Şirvan şəhərində

- Xəqani küçəsi, 21 ünvanında Amil Əliyevə məxsus mağaza;

Quba rayonunda

- Alekseyevka kəndində Elçin Allahverdiyevə məxsus mağaza;

- Quba şəhəri, 4-cü məhəllədə Emin Əliyevə məxsus mağaza;

Şabran şəhərində

- F.Xoyski küçəsində Qəribağa Kərimova məxsus mağaza.

Nazirlikdən bildirilib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm