Ermənilərdən növbəti rəzillik - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ermənilərdən növbəti rəzillik - VİDEO

Ermənilər Kəlbəcərdə girov götürülən həmyerlilərimizin məhkəmə prosesinin görüntülərini yayıblar.

Axar.az xəbər verir ki, məhkəmə Xankəndidə gerçəkləşir. Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmə zalına heç bir hüquq normasına sığmayan səviyyədə, gözləri bağlı gətiriliblər.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Azərbaycan ərazisi olan Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyanın Parisdə Qarabağla bağlı növbəti görüşü keçiriləcək. Girovların məhz bu gün məhkəməsinin başlanması və məhkəmədə onlarla bu cür anti-humanist rəftarını politoloqlar bir daha Ermənistanın görüşdə tutacağı qeyri-konstruktiv mövqe kimi qiymətləndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm