AMEA müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

AMEA müsabiqə keçirir

Azərbaycan Milli Elmlər Akademiyasında elmi-tədqiqat proqramlarının müsabiqəsi keçirilir.

AMEA-dan Publika.az-a verilən məlumata görə, elmi-tədqiqat proqramlarının müsabiqəsi tədqiqatların genişləndirilməsinə imkan verəcək.

Məqsəd alimlər və elmi kollektivlər arasında sağlam rəqabətin təmin edilməsi və obyektiv maliyyələşdirilməsidir. AMEA Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarında qeyd olunduğu kimi, elmi-tədqiqat mövzuları, proqram və layihələrin müsabiqə yolu ilə maliyyələşdirilməsi dünya təcrübəsində də özünü doğruldan uğurlu sistemdir.

Müsabiqəyə təqdim olunan proqramlar qarşısında qoyulan tələb onların elmi və texnoloji problemlərin həlli üzrə fundamental və tətbiqi elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq elm sahələrinin qovşağında hazırlanmasıdır.

Yalnız AMEA-nın əməkdaşlarının iştirakı ilə keçirilən müsabiqəyə təqdim olunmuş 142 proqram layihəsi hazırda Ekspert Komissiyası tərəfindən qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm