Qırmızı.az
Kəmaləddin Heydərov: “Heç bir vətəndaş dövlət yardımlarından kənarda qalmayıb”
Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkən bütün kəndlərdə təhlillər tam başa çatdırılıb, bəzi sakinlər onların evinə təkrar baxış keçirməyi xahiş ediblər və hazırda bununla bağlı yoxlamalar davam etdirilir.
Bunu Qəbələ rayonunda keçirilən “Gənc xilasedici və
yanğınsöndürən” adlı I Ümumrespublika yarışının qaliblərinin
mükafatlandırılması mərasimində iştirak edən Azərbaycanın fövqəladə
hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəlzələ bölgəsində 2, 3, 4 və 5 otaqlı evlərin
inşası üçün layihələr hazırlanaraq tikinti təşkilatlarına təqdim
olunub: “Dünənə olan məlumata görə, artıq məktəblərin və evlərin
tikintisi işlərinə başlanılıb. Bütün evlər və sosial obyektlər
deyilən müddətə kimi tam tikilib başa çatdırılacaq”.
Nazir dünən Daşkəsən və Goranboyda leysan yağışlarından sonra
yaranan sel sularının törətdiyi fəsadlara toxunaraq bildirib ki,
hazırda FHN-in və həmin rayonların yerli fövqəladə hallar
komissiyaları vətəndaşlarla görüşlər keçirir, əhaliyə dəyən ziyanla
bağlı bütün müraciətlərə baxılır, araşdırmalar əsasında təhlillər
aparılır.
K.Heydərov prezident İlham Əliyevin tapşırığı ilə həm 2010-cu ildə
Kür çayı sahilindəki rayonlarda subasma, həm də bu il Zaqatala və
ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş
vətəndaşların heç birinin dövlət yardımlarından kənar qalmadığını
bildirib. O, artıq Goranboy və Daşkəsəndə seldən zərər çəkənlərə
ilkin yardımın verildiyini və bu tədbirlərin davam etdiriləcəyini
bildirib.
Publika.Az
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər