Bu gün Aşuradır
Bizi izləyin

Qırmızı.az

Bu gün Aşuradır

Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Həmin vaxtda da dünyanın bir çox müsəlman ölkələrində bu gün İmam Hüseyn və onun tərəfdarları yad edilir. Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.

Azərbaycanda da minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedir, nəzir verir və ehsan paylayır. Müsəlmanlar adətən bu günü həm də qan çıxararaq keçirirlər. Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

Məscidlərə toplanan şəxslər səhhətləri imkan verdiyi halda Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyaslarında iştirak edir. Bu il qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidi, “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Səbail rayonu Bibi-Heybət məscidi, İçərişəhər cümə məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidlərində təşkil edilib.

Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm