Qırmızı.az
Azərbaycanlı alimlər alternativ enerji axtarışında
AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır. İnstitutdan Publika.az-a verilən məlumata görə, alimlər respublikamızda geniş yayılmış termal sular yüksək enerji potensialına malik olduğuna əmin olduqlarını bildiriblər.
GGİ-nin Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun sözlərinə görə, Azərbaycan üçün günün aktual məsələlərindən olan alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi və istifadəsi institutun tədqiqat hədəflərindən biridir. Bu tip suların enerji potensialının istifadəsi üçün səmərəli texnologiyaların hazırlanması istiqamətində araşdırmalar aparılır. İşlərin hazırkı mərhələsində respublikanın dağlıq, dağətəyi və düzənlik ərazilərində termal su ocaqlarının fəza strukturu, kəmiyyət və keyfiyyət göstəriciləri, formalaşma qanunauyğunluqları, miqrasiya yolları və termodinamiki parametrləri öyrənilib. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib. Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb. Analizlərin nəticəsinə əsasən, termal suların istilik mənbələri ilə mantiya flüidləri arasında əlaqə olduğu ehtimal edilir.
Hazırda GGİ-nin alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır.
Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq