Yeni "Toyota Camry" gəldi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yeni "Toyota Camry" gəldi - FOTOLAR

Toyota Bakı mərkəzi dünən 2015-ci ilin yeni "Toyota Camry" modelini avtomobil sevərlərə təqdim elədi. ABŞ, Avropa və Rusiya təqdimatından sonra Bakıda da təşkil edilən təqdimat mərasimi yenilənmiş Camry modeli kimi dəbdəbəli və incə yapon zövqü ilə təşkil edilmişdi. Restayl edilmiş və görkəmi nəzərəçarpacaq dərəcədə dəyişmiş Camry-ni təqdim edən “Toyota Bakı Mərkəzi” nin baş direktoru Mustafa Abbasbəylinin sözlərinə görə, yeni model regionda ilk dəfə olaraq Bakıda nümayiş etdirilir.

Orta ölçülü sedan sinfinə daxil olan Camry-nin yeni versiyası daha da böyüdülüb, yeni nəsil əvvəlkilərdən 45 mm daha uzun və 10 mm daha enlidir. Ön bamper da formasını dəyişib, faraların ölçüləri, radiator daha da böyüdülüb. Yüksək sürəti sevənlər də nəzərə alınıb, yan güzgülərdən doğan küləyin səsini boğmaq üçün onların forması optimallaşdırılıb.

Yeri gəlmişkən, yeni modelin qurucuları əlavə səslərin azaldılmasına xüsusi fikir veriblər – istehsalçılar avtomobilin salonunda səslərin 35 faiz azaldığını bildirirlər. Camry rənglərində də yenilik edilib – 8 rəng çalarına rubin-qırmızı və gümüşü rənglər əlavə edilib. D/E seqmetinin satış üzrə lideri olan Camry 80-dən çox ölkədə 16 milyondan çox satılıb.

2014 Camry-yə aid aşağıdakı yenilikləri sıralamaq olar:

  • Yeni radiator barmaqlığı
  • Diodla təchiz edilmiş yeni ön və arxa optika
  • Yeni ön və arxa bamperlər
  • Yeni dizaynlı sükan
  • Yeni monitor
  • Yeni dizaynlı klimat nəzarət

Mühərrikə isə elə bir dəyişiklik edilməyib. 2500 sm3 və ya 3500 sm3 həcmli 4 silindrli mühərrik yenə də 6 ötürüşlü sürət qutusuna malikdir.

Təhlükəsizlik sisteminə də yenilik əlavə olunub. Kor görüntü güzgüsü (Blind Spot Monitor – BSM) ətrafda başqa avtomobil qeydə aldıqda yan güzgüdə xəbərdaqlıq indikatoru peyda olur və bu sürücüyə nə zaman hərəkət etdiyi xətti dəyişməyin təhlükəsiz olduğunu bildirir.

Təqdimat mərasiminin sonunda avtomobil sevərlərə yeni modelə nəzərəçarpacaq endirim təqdim edən lotoreya oynanıldı və qalib media nümayəndələrindən biri oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm