İş adamının oğlu ilə qəzaya uğrayan digər gənc də öldü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İş adamının oğlu ilə qəzaya uğrayan digər gənc də öldü - FOTOLAR

Dünən axşam Bakı-Qusar yolunda baş verən qəzada yaralanan 1993-cü il təvəllüdlü Emin Oqtay oğlu Məmmədli də dünyasını dəyişib. Bu barədə məlumatı gənclərin dostları sosial şəbəkədə yazıblar.

Dünən axşam Bakı-Qusar yolunda baş verən qəzada yaralanan 1993-cü il təvəllüdlü Emin Oqtay oğlu Məmmədli də dünyasını dəyişib. Bu barədə məlumatı gənclərin dostları sosial şəbəkədə yazıblar.

Qeyd edək ki, Qusar şəhəri ərazisində avtomobilin aşması nəticəsində iki nəfər ölüb. Hadisə yerində dünyasını dəyişən Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşovdur. O, iş adamı Nazim Dadaşovun oğludur. Fəridin atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.

Digər gənc - 21 yaşlı Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. O, ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada vəfat edib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm