• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa ilə görüşüb

Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcı Tarık Sulo Cevizci ilə görüşüb.

Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcı Tarık Sulo Cevizci türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partiyasının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib. Millət vəkili Azərbaycan xalqının Suriyada yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü vurğulayıb. Suriyada yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr, onların ağır vəziyyəti da hamımızı ciddi narahat edir. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.

Türk Dünyasının Suriya türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da Suriya türkmənlərinin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcı Tarık Sulo Cevizci Suriyada yaşanan son hadisələr barədə daha geniş məlumat verərək Suriya türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm Suriya türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var.

Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcı Tarık Sulo Cevizciyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum barədə də danışıb və fikir mübadiləsi aparılıb. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə Suriya türkmənləri ilə də əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR