Şagirdlər ən çox hansı dərslikdən istifadə edir?
Bizi izləyin

Qırmızı.az

Şagirdlər ən çox hansı dərslikdən istifadə edir?

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalından istifadə edənlərin ümumi sayı 11374 nəfər olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, istifadəçilərin 4163 nəfəri Bakı,1050 nəfəri Sumqayıt, 421 nəfər Gəncədən olub.

Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.

Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.

Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm