Dövlət Miqrasiya Proqramı hazırlanacaq
Bizi izləyin

Qırmızı.az

Dövlət Miqrasiya Proqramı hazırlanacaq

Miqrasiya siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə 2015-2020-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramının hazırlanması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu məsələlər hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.proqram hələ müzakirə mərhələsindədir.

Proqramda miqrantların dövlət dilini öyrənməsi üzrə tədris proqramlarının, metodiki tövsiyələrin hazırlanması və tətbiqi də nəzərdə tutulur.

Layihədə qeyd olunub ki, miqrasiyanın daha az rol oynamasına baxmayaraq, doğum və ölüm prosesləri ilə yanaşı, miqrasiya prosesləri ölkənin demoqrafik vəziyyətinə təsir edir.

Son onilliklərdə müxtəlif amillərin təsiri altında ölkədə miqrasiya vəziyyəti bir sıra dəyişikliklərə məruz qalıb. 1990-cı illərin əvvəlində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi. Sonrakı illərdə ölkədə davamlı sosial-iqtisadi artım, regionların inkişafına, sahibkarlar üçün imkanların və yeni iş yerlərinin yaradılmasına, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına və bütövlükdə əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş tədbirlər nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişərək 2013-cü ildə +2,3 min nəfər təşkil edib. Münbit sosial-iqtisadi şərait, siyasi sabitlik və tolerantlıq əcnəbi işçi qüvvəsinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq milli əmək bazarının inkişafını nəzərə almaqla ölkədə miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm