Qırmızı.az
Azərbaycana qarşı kiberhücumların sayı artıb
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi helikopterin vurulmasından sonra Azərbaycana qarşı kiberhücumların kəskin artımı müşahidə olunur. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, cəbhə xəttində yaranmış gərginlik AzNET şəbəkəsində də özünü göstərib və Azərbaycanın internet resurslarına hücumlar davam edir.
Kiberhücumlara KİV resursları, dövlət və özəl strukturların saytları məruz qalır ki, bu da xarici hücumlardan davamlı müdafiənin təşkili məsələsini aktuallaşdırır.
F.Fərmanov qeyd edib ki, hücumlar müxtəlif mənbələrdən həyata keçirilir: "Biz internet resurlarının sahiblərinə onların davamlı işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinə ciddi diqqət yetirməyi tövsiyə edirik".
Elektron Təhlükəsizlik Mərkəzi haker hücumlarına məruz qalmış resurs sahiblərinə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir. Kömək üçün 1654 "qaynar xətt"inə və [email protected] elektron ünvanına müraciət etmək olar.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq