• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Vəhhabilərə və “saqqallılar”a “Paintball” qadağan olundu - Bakıda

Vəhhabilərə və “saqqallılar”a “Paintball” qadağan olundu - Bakıda

Vəhhabi təriqətindən olan şəxslərin Bakıda və digər şəhərlərdə fəaliyyət göstərən peyntbol atıcılıq mərkəzlərinə girməsinə qadağa qoyulması ilə bağlı mətbuatda məlumat yayılıb.

Virtualaz.org-un yaydığı məlumata görə, peyntbol mərkəzlərinə qeyri-rəsmi qaydada xüsusi tapşırıqlar verilib. Bu qadağanın bir neçə gün əvvəl mətbuatda İŞİD-ə qoşulmaq istəyən vəhhabilərin guya “Baku Paintball Center”də təlimlər keçməsi haqda xəbərlər yayılandan sonra qoyulduğu da deyilir.

Məsələni dəqiqləşdirmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə peyntbol atıcılıq mərkəzi ilə əlaqə saxladıq.

İlk müraciət etdiyimiz «Arena» Paintball Club-dan Publika.az-a bildirilib ki, bu yaxınlarda onlara bununla bağlı tapşırıq verilib:

"Dəqiq bilmirəm hansı idarədən və ya bölmədən zəng olub, amma bununla bağlı bir müddət əvvəl tapşırıq verilib. Belə bir göstəriş verilib ki, vəhhabilərin peyntbol mərkəzinə daxil olmalarına imkan verməyək. Lakin heç bir səbəb bildirmədilər. Mən hazırda sizə tam məlumat verə bilmərəm. Yalnız müdiriyyətlə əlaqə saxladıqdan sonra məlumat verə bilərəm".

Bakı Peyntbol Mərkəzi də qapılarını vəhhabilərin üzünə bağlayıb. Belə ki, mərkəzin Fikrət adlı əməkdaşı rəhbərliyin bununla bağlı əməkdaşlara göstəriş verdiyini dedi:

"Bu söhbətlərdən sonra çalışırıq ki, vəhhabilərin, ümumiyyətlə saqqallı bir komandanın oyununa imkan verməyək. Ola bilsin ki, bununla bağlı hansısa idarədən rəhbərliyə nəsə deyilmiş olsun. Lakin hələ ki bizə bu barədə heç nə gəlib çatmayıb. Bizim rəhbərliyimiz deyib ki, saqqallılar, vəhhabilər gəlsə, onları oyuna götürmə".

AF Peyntbol Mərkəzi Novxanının əməkdaşı isə belə bir tapşırıq almadıqlarını bildirdi.

"Lakin vəhhabilərlə bağlı son məlumatlardan, yəni onların hansısa mərkəzdə təlim keçmələrilə bağlı söhbət çıxandan sonra biz də müştərilərimizə diqqət etməyə başlamışıq. Bizim mərkəz müştərilərlə yox, daha çox şirkətlərlə işləyir, yarışlar təşkil edir. Odur ki, bizim üçün bunun qorxusu yoxdur. Ümumiyyətlə, belə bir adamların içəri buraxılmaması ilə bağlı tapşırıq oldu-olmadı, biz öz tərəfimizdən onları qəbul etmirik. Bizim vəhhabilərə qarşı münasiətimiz mənfidir və biz digər peyntbollara da öz tövsiyəmizi vermişik ki, belə məsələlərdə diqqətli olmaq gərəkdir".

Valeh Məhəmməd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR