Azərbaycanda baytarlıq müəssisələri özəlləşdiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda baytarlıq müəssisələri özəlləşdiriləcək

Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır.

Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.

Qeyd edilən qanuna dəyişiklik edilməsində məqsəd “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir. Fərmanda qeyd edilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın.

Bu qanun layihəsinin müzakirəsi parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm