“Lotos”da yanğın söndürüldü - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Lotos”da yanğın söndürüldü - FOTOLAR (YENİLƏNİB)

Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, yanğın söndürülüb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğın loqonun işıqlandırılması zamanı elektrik naqillərində baş verən qısa qapanmadan baş verib.

17:13

8-ci kilometr ərazisində yerləşən “Lotos” ticarət mərkəzi yanır.

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın ticarət mərkəzinin damında baş verib. Ticarət mərkəzinin loqosu yazılan hissədə başlayan yanğın digər ərazilərə də keçib.

Yanmış hissələr isə binanın qarşısında dayanmış maşınların üzərinə tökülüb. Artıq iki maşına zərər dəyib. Mərkəzdəki satıcılar və alıcılar hamısı binadan çıxarılıb.

Qeyd edək ki, ticarət mərkəzi “8-ci kilometr” bazarının yaxınlığında yerləşdiyindən bazarda işləyənlər arasında da təlaşa səbəb olub. Hazırda ticarət mərkəzinin yaxınlığındakı yolda tıxac yaranıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm