SSRİ zamanı tətbiq edilən hərbi standartlara yenidən baxılacaq
Bizi izləyin

Qırmızı.az

SSRİ zamanı tətbiq edilən hərbi standartlara yenidən baxılacaq

Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlərin Planı, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallığı və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartlara yenidən baxılması planlaşdırlır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bu barədə dekabrın 4-ü Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin görüşündə müzakirə ediləcək.

İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının müzakirə edilməsi planlaşdırılır.

İclasda MDB ölkələrinin bu sahədə rəhbər şəxsləri iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm