Bakıda “qanuni oğru”ya işgəncə verildi - Yeni müharibə/Video
Bizi izləyin

Qırmızı.az

Bakıda “qanuni oğru”ya işgəncə verildi - Yeni müharibə/Video

Rusiya həbsxanalarından birində dəhşətli hadisə baş verib.

AzNews.az xəbər verir ki, Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Loti Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə Zaykanın (Zaur Əliyev) azadlıqda olarkən Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub (Zaykanın həbsi ilə bağlı yayılan videonu yazının sonunda - red).

Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, Zayka Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb (?). Bu zaman Zaykadan söyüşlərin hesabı sorulub. Onlar başçı – Lotu Quli ilə telefon bağlantısı yaradaraq Zaykaya işgəncə vermək üçün təlimat alıblar. Dəhşətli əzablara məruz qoyulan Zayka Lotu Qulini söydüyünə görə üzr istəyib. Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.

Bildirək ki, Zaykanın hansı klana aid olduğu barədə birmənalı fikir yoxdur. Lakin Quliyə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin admı olduğu fikrini yaratmışdı.

Əgər doğrudan da Zayka Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki nəhəngi arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları Qulinin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.

Sonda qeyd edək ki, baş verən bu hadisə hər şeydən öncə Rusiya həbsxanaları ilə bağlı biabırçı mənzərəni ortaya qoyur. Görəsən, saatlarla davam edən bu dəhşətli dram həbsxanada necə baş verib? Kriminal avtoritetə işgəncə verən şəxslər telefonla Quli ilə danışıblar və bütün proses lentə alınıb. Onlar dəmir barmaqlıqlar arasında belə asudə vaxtı, rahat şəraiti necə əldə ediblər? Həbsxanaların qisas düşərgəsinə çevirilməsi görəsən, kimin günahıdır?

Davamı olacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm