Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbərlik nazir müavininə tapşırıldı
Bizi izləyin

Qırmızı.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbərlik nazir müavininə tapşırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə nazirin əmri ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Publika.az-ın məlumatına görə, bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Qərar bu gün Təhsil Nazirliyində Nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə keçirilən iclasda səsləndirilib.

İclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərinin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib.


Təhsil nazirinin digər əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm