Azərbaycanda 77 yaşlı qadın evində diri-diri yandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 77 yaşlı qadın evində diri-diri yandı

Ötən gecə axşam saatlarında Ucar şəhərində yanğın hadisəsi baş verib.

Publika.az-ın Föqəladə hallar nazirliyinə istinadən verdiyi məlumata görə, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti 10 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibininqismən yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı yanan qadının şəxsiyyəti müəyyən olunub. O, 1937-ci il təvəllüdlü Qənirə Hüseynovadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm