Sürücülərə pis xəbər – Bakının bu yollarında tıxac var
Bizi izləyin

Qırmızı.az

Sürücülərə pis xəbər – Bakının bu yollarında tıxac var

Bakının bir sıra küçə və yollarında tıxac var. Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hazırda Bakı-Sumqayıt şosesindən şəhər istiqamətində avtovağzalın qarşısında, Moskva prospektindən şəhər istiqamətində , Tbilisi prospektindən “20 Yanvar” metrosu istiqamətində və Avropa otelinin qarşısında tıxac var. Sürücülərə Tbilisi prospektinə alternativ olaraq H. Zərdabi küçəsindən istifadə etmək tövsiyə olunur.

Həsən Əliyev küçəsində hər iki istiqamətdə və Azadlıq prospektindən “28 May” metrosuna düşən yolda avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Alternativ yol kimi Bakıxanov və S. Rüstəm küçələri təklif olunur.

Bundan əlavə, Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru hər iki istiqamətdə tıxac var. Alternativ yol kimi Təbriz küçəsindən istifadə etmək tövsiyə olunur.

Hazırda H. Əliyev prospektində kənar yolda tunelə giriş bağlı olduğundan əsas yolla hərəkət etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm