Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Bakıda hava sabah dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarmadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman, cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə əsasən gecə və səhər bəzi yerlərdə duman və çisgin olacağı, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir.

Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 05 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz 05 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm