Qırmızı.az
Rəhim Qazıyev Nargin adasını Pənah Hüseynə niyə vermədi?
Pənah Hüseyn AXC hakimiyyəti ilə bağlı açıqlamalarının birində hələ o vaxtlar Nargin adasının turizm məkanına çevrilməsi ideyasının mövcudluğunu dilə gətirib. Eks-baş nazirin sözlərinə görə, bu ideya Rəhim Qazıyevinn etirazı nəticəsində həyata keçməyib. Belə ki, həmin dövrdə sözügedən ərazi Müdafiə Nazirliyinin tabeçiliyində olub.
"Bir dəfə Pənah Hüseyn mənə zəng etdi ki, Nargin adasını Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarıb bizə ver. Mən də ona dedim ki, Nargin adası dədəm Həsən kişidən qalmayıb. Bu ada Azərbaycan dövlətinin və xalqınındır. Mən onu sənə ona görə verə bilmərəm ki, ora strateji cəhətdən çox əhəmiyyətlidir. Bakı buxtasının müdafiə olunması üçün adada hava hücumundan müdafiə hərbi hava qüvələrinin yerləşdirilməsi daha məqsədə uyğundur".
Bu sözləri Modern.az-a açıqlamasında Rəhim Qazıyev bildirib.
"Sovet dövründə də adada hərbi obyektlər vardı. Bu məsələnin ortaya çıxdığı gün Əbülfəz Elçibəy məni yanına çağırdı və dedi ki, xahiş edirəm adanı mülki məqsədlərlə istifadə olunmasına razılıq ver. Mən təəccüblə ona dedim ki, siz Ali Baş Komandansız, mənə xahiş yox, əmr etməlisiniz. Sonra Bakı buxtasının xəritəsini açdım və hər şeyi ona izah elədim. Dedim ki, Xəzəryanı dövlətlərin hər biri bizim üçün potensial düşməndir. Buna görə də bizim müdafiə qüdrətimiz olmalıdır. Müdafiə qüdrətini gücləndirməkdən, ilk növbədə, Sumqayıtdakı strateji əhəmiyətli, çox təhlükəli obyektlər üçün Nargindən hərbi məqsədlə istifadəsi vacibdir. Ona görə də bu məsələ elə Elçibəyin kabinetində qapandı", – deyə R.Qazıyev əlavə edib.
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu