• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qabil Hüseynli: “Vəzifə təklif etsələr, məmnuniyyətlə gedərəm“

Qabil Hüseynli: “Vəzifə təklif etsələr, məmnuniyyətlə gedərəm“

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli yaxın günlərdə vəzifəyə təyin olunacağı ilə bağlı yayılmış məlumatlara münasibət bildirib. Publika.Az-a açıqlamasında politoloq bu barədə məlumatsız olduğunu deyib.

"Bu məsələyə münasibət bildirməkdə bir qədər çətinlik çəkirəm. Çünki buna qədər KİV-də bir neçə dəfə mənim müxtəlif vəzifələrə gətirilməyimlə bağlı informasiyalar yayılıb. Məndən münasibət öyrənəndə də təbii ki, öz pozitiv mövqeyimi bildirmişəm. Amma bunların heç biri baş tutmayıb. Zənnimcə, qəzet səhifəsinə çıxan məlumat çətin ki, özünü doğruldan məlumat olsun", deyən Qabil Hüseynli əlavə etdi ki, hələ nəzərdə tutulan bir işin qəzet səhifəsinə çıxarılması həmin ideyanı populyarlaşdırmır, əksinə onu qeyri-populyar edir.

"Belə bir etimad göstərilərsə, mən əlbəttə ki, dövlətimizə təşəkkür edərəm. İşsiz adama peşə fəaliyyətinə uyğun gələn, bacardığı iş təklif edərlərsə, niyə də ondan imtina etsin? Mən bir xeyli vaxtdır ki, işsizəm. Sərbəst yaradıcılıqla məşğul olsam da, dövlət işi zövq verən bir işdir. Televiziya işi də mənim sənətim qədər sevdiyim və lap gənc yaşlarımdan məşğul olduğum bir işdir. Ona görə də belə bir vəzifə təklif edilərsə, məmnuniyyətlə qəbul edərəm".

Səxavət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR