• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Millət vəkilimiz Türkiyə mətbuatında Azərbaycan həqiqətlərindən danışıb

Millət vəkilimiz Türkiyə mətbuatında Azərbaycan həqiqətlərindən danışıb

Dünya Siyasət Forumu kimi mötəbər bir tədbirin İstanbulda keçirilməsinin əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva “Siyasətdə Qadın” və“Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı” mövzusundakı sessiyalarda çıxışları və Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması, ailə institutunun qorunub saxlanması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb.



Millət vəkili Qənirə Paşayeva müsahibəsində Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını, xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib: “Bizim atalarımız 2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir.”



Şuşanın, Laçının 20 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayaraq millət vəkili bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaşanan dəhşətlərə dünya laqeyd yanaşır. Amma biz bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Buna baxmayaraq Ermənistana qarşı təzyiq göstərmirlər.”

Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.

Gülnar
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR