Gəmi qəzaya uğradı: 11 ölü
Bizi izləyin

Qırmızı.az

Gəmi qəzaya uğradı: 11 ölü

Süveyş kanalı akvatoriyasında balıqçı gəmisinin konteyner daşıyan gəmisi ilə toqquşma nəticəsində on bir balıqçı həlak olub, daha 23 nəfər isə itkin düşüb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə Misirin Cənubi Sinay əyalətinin əməliyyat xidmətləri xəbər verirlər.

Balıqçı gəmisi komandasının on bir nəfəri xilas edilib və artıq hospitala yerləşdirilib.

Misirin sərhəd xidməti və hərbi dəniz qüvvələri digər balıqçıların axtarışını aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm