“İranı 3 deyil, 5 yerə parçalamaq istəyirlər“
Bizi izləyin

Qırmızı.az

“İranı 3 deyil, 5 yerə parçalamaq istəyirlər“

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Qərbin İranla bağlı siyasətindən narahatlığını bildirib. O, deyib ki, İranın 3 yerə bölünməsi planı var:

"Birinci dövlətin İranın Pakistanla sərhəd ərazilərdə, ikinci dövlətin İranın ərəblər yaşayan ərazisində,üçüncü dövlətin isə İran Kürdüstanı olması planlaşdırılır".

Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev də İranı parçalamaqla bağlı Qərbin, daha doğrusu ABŞ-ın planları olduğunu bildirib.

C.Nuriyev hesab edir ki, Əhmədinejat dövründə İran geriyə addım atıb:

"ABŞ-ın bir çox nəşrləri və siyasi şərhçiləri yazırlar ki, Vaşınqton İranı 3 deyil, 5 yerə parçalamaq istəyir. İranın Azərbaycana olan hücumlarının arxasında da həmin planın bir hissəsi olan cənubi və şimali Azərbaycanın birləşdirilməsi məsələsi durur".

ABŞ-ın İranı parçalamaq üçün üç dövləti, Türkiyə, Polşa və Yaponiyanı seçdiyini söyləyən C.Nuriyev hesab edir ki, Türkiyənin Suriyaya münasibətinin dəyişməsinin kökündə də baş nazir Rəcəb Tayyib Ərdoğanın birmənalı olaraq Vaşinqtonun istəyini yerinə yetirməsi dayanır:

"ABŞ hazırda iflas səviyyəsindədir. Buna görə də İrana girmək istəmir. İrana girsə, oradan çıxa bilməyəcək. Lakin Rusiya ABŞ-ın İrana girməsini istəyir. Çünki bu halda ABŞ bir dövlət kimi SSRİ-nin taleyini yaşayacaq. Ağ Evdə də bunu yaxşı başa düşürlər. Rusiya, Hindistan və Çin üçlüyü nə qədər ki, güclüdür ABŞ İranla bağlı məsələni həll etmək iqtidarında olmayacaq".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm