Mikayıl Cabbarov olimpiadaların keçirilməsi ilə bağlı əmr imzaladı
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov olimpiadaların keçirilməsi ilə bağlı əmr imzaladı

Təhsil naziri Mikayıl Cabbarov “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq olunması barədə əmr imzalayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dil və ədəbiyat, tarix, coğrafiya, riyaziyat, fizika, kimya, biologiya, informatika fənnləri üzrə təşkil edilir. Fənn müəlimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fən olimpiadalarına cəlb oluna bilər.

İstedadlı şagirdlərin aşkara çıxarılması və onlarla fənn olimpiadalarına hazırlıq işlərinin aparılmasını, rayon (şəhər) səviyəsində dərs il boyu müxtəlif müsabiqələr, test yoxlamaları və digər formalarda bilk yarışları keçirilməsini təmin edir.

Fənn olimpiadaları 2 (iki) mərhələdən – rayon (şəhər) və respublika mərhələlərindən ibarətdir. Respublika mərhələsi öz növbəsində iki turdan – yarımfinal və finaldan ibarət olmaqla keçirlir.

Əmrdə göstərilir ki, “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” ilə bağlı təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etməlidir. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.

Nazir həmçinin “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları”nın təsdiq olunması barədə əmr imzalayıb. Seçim turları 3 (üç)-rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm