Qırmızı.az
Ankara erməni lobbisini necə tərksilah edəcək?
Ötən yazımda ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir nəticə əldə etmədiyini, sadəcə danışıqların imitasiyası ilə məşğul olduğunu yazmışdım. Rəhbəri olduğum "Atlas" Araşdırmalar Mərkəzinin Minsk Qrupunun 20 illik fəaliyyəti ilə bağlı 500 respondent arasında keçirdiyi sorğu və onun nəticələri də vətəndaşların böyük əksəriyyətinin beynəlxalq vasitəçilərin fəaliyyətindən narazı qaldığını ortaya qoyub.
Bəs nə etməli, danışıqlardakı durğunluqdan necə qurtulmalı?
Bu sualın cavabı Türkiyəli rəsmilərdən gəlib. Ankara Dağlıq Qarabağ
münaqişəsinin həllində fəallaşmaq qərarını verib. Türkiyənin Avropa
Məsələləri üzrə naziri Egemen Bağış bir neçə gün öncə açıqlama
verərək, 20 ildir heç bir nəticə əldə etməyən Minsk Qrupu
həmsədrlərinin kənara çəkilməsini və başqalarının bu problemlə
məşğul olması vacibliyini dilə gətirib. Bunun ardınca, xarici işlər
naziri Əhməd Davudoğlu amerikalı həmkarı Hillari Klintonla
danışaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı
tərəflərin iştirakı ilə ortaq görüş təşəbbüsünü irəli sürüb.
Məsələnin bu cür qoyuluşu Azərbaycanın xeyrinədir. Əlbəttə,
Davudoğlunun ortaq görüş təşəbbüsü hələ o demək deyil ki,
digərlərinin bacarmadığı işi Ankara-Vaşinqton cütlüyü bacaracaq.
Ancaq ən azı indiki durğunluqdan və danışıqlar prosesinin Moskvanın
inhisarından çıxarılmasına nail ola bilərik.
Rusiya prezidenti Dmitri Medvedevin 3 illik təkbaşına vasitəçiliyi
və prezidentlər arasındakı 10 görüş münaqişənin həllini
sürətləndirmədi. Faktiki 3 ilimiz də belə boşa getdi. İndi növbə
Vladimir Putinə çatıb. Rusiyanın yeni Konstitusiyasına görə,
prezidentlik müddəti 6 ilə qədər uzanıb. Putinin Medvedevin
danışıqlar imitasiyasını davam etdirəcəyi şəksizdir. Bu, bizə
lazımdırmı? Daha 6 il itirmək bizə nə xeyir gətirə bilər? Odur ki,
danışıqlar prosesinin Rusiyanın inhisarından qurtaracaq bütün
təşəbbüslərə dəstək vermək lazımdır.
Bu mənada Ankaranın Vaşinqtonla birgə hərəkətə keçməsi Azərbaycanın
maraqlarına uyğundur. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan
Cənubi Koreyanın paytaxtı Seuldakı nüvə konfransında ABŞ prezidenti
Barak Obama ilə bir araya gələrək, Suriya və İran mövzuları ilə
yanaşı, Qarabağdan da danışıb. Ərdoğanın irəli sürdüyü təklif
diqqətçəkicidir. Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli
məqsədilə Ankaranın Bakı ilə təmasları yoğunlaşdıracağını qeyd
etməklə yanaşı, ABŞ, Fransa və Rusiyanın İrəvana təsir etməsi
vacibliyini bildirib.
Əlbəttə, Obamanın Ərdoğanın təklifini dərhal qəbul edəcəyini zənn
etmirəm. Ağ Ev sahibinin başı noyabrda keçiriləcək prezident
seçkisinə qarışıb. Ancaq heç olmazsa, bu ilin sonundan başlayaraq,
Vaşinqtonun Ankara ilə birgə fəaliyyətə başlaması imkanları var.
Əgər belə olarsa, Moskvanın Ankara-Vaşinqton təşəbbüsünə ciddi
müqavimət göstərəcəyi problematikdir. Birincisi, Rusiya ilə Türkiyə
arasında genişlənən iqtisadi münasibətlərlə yanaşı, siyasi təmaslar
da ildən-ilə artır. Bu səbəbdən Kreml Ankaraya açıq şəkildə "sən bu
işə qarışma" deyə bilməz. Türkiyə bölgə ölkəsidir və qonşuluğundakı
proseslərə təsiri getdikcə artır. Kreml Vaşinqtonu da kənarda
saxlaya bilməz.
ABŞ həmsədr ölkələrdən biridir və istədiyi an danışıqlar prosesinə
aktiv şəkildə qoşula bilər. O ki qaldı Ermənistana, bu ölkə ABŞ-dan
gələn maliyyə ianələrindən asılı vəziyyətdə olduğundan,
Vaşinqton-Ankara cütlüyünün təklifindən yayına bilməz.
Ankaranın tələsməsinin önəmli səbəbi də var. Dünyadakı, o cümlədən
ABŞ-dakı erməni lobbisi 2015-ci ilə - "soyqrımın"ın 100 illiyinə
ciddi hazırlaşır. Lobbi yenə Türkiyəyə əlavə problemlər yaratmaq
istəyir. Ona görə də Ankara Ermənistanla münasibətləri nizamlamaq
və İsveçrə protokollarını ratifikasiya etmək istəyir. Ancaq bu
protokolların Türkiyə parlamentində ratifikasiya edilməsi üçün
Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalıdır.
Başqa sözlə, Ankara həm Qarabağ probleminin həllinə, həm də
Ermənistanla münasibətlərin nizamlanmasına çalışır ki, dünyadakı
erməni lobbisinin əlini zəiflətsin. Bu, Azərbaycanın da maraqlarına
uyğundur.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO