• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mehdiabaddakı 4 nömrəli məktəbdə millət vəkili ilə görüş keçirilib - FOTOLAR

Mehdiabaddakı 4 nömrəli məktəbdə millət vəkili ilə görüş keçirilib - FOTOLAR

Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

Tədbirdə Mehdiabad qəsəbəsi ərazisində fəaliyyət göstərən məktəblərin direktorları, rayon Təhsil şöbəsinin əməkdaşları, müəllim kollektivi və şagirdlər iştirak edib. Çıxış edənlər gərgin əmək, mükəmməl təhsil, usanmadan daim öz üzərində çalışan, millətinin haqq səsini dünyaya çatdırmaq uğrunda gecə-gündüz çalışan ziyalıların yetişməkdə olan gənc nəslə örnək olduğunu bildiriblər.

Qeyd olunub ki, Qənirə Paşayeva məhz həmin şəxslərdir. Ən uca adın müəllim olduğunu deyən Qənirə Paşayeva həyatda qazandığı uğurlara görə müəllimlərinə borclu olduğunu, həmişə onları hörmət və ehtiramla yad etdiyini bildirib. Şagirdlərə elmin sirlərinə dərindən yiyələnməyi tövsiyə edən millət vəkili vurğulayıb ki, yalnız elm və zəka ilə ucalmaq olar: “Layiqli vətəndaş Vətəni layiqli təmsil etməyi bacaran, hansı sahədə olduğuna baxmayaraq, Vətənə ürəklə xidmət edən kəsdir. Yaxşı oxuyun, xarici dilləri öyrənin. Ölkəmizdə bunun üçün lazımı şərait yaradılıb. Qarabağımızın haqq səsini dünyaya ucaltmaq, tariximizi olduğu kimi sübuta yetirmək üçün dünyanın aparıcı dillərini öyrənmək vacibdir.”. Şagirdlərin suallarını cavablandıran millət vəkili görüş iştirakçılarına kitablarını hədiyyə edib.

Məktəbin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Elnura Cavadzadə millət vəkilinə təklifi dəyərləndirib şagirdlərlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR