Bakıdakı türk şirkəti maaş istəyən işçiləri qovdu
Bizi izləyin

Qırmızı.az

Bakıdakı türk şirkəti maaş istəyən işçiləri qovdu

Paytaxtda fəaliyyət göstərən Türkiyənin “CEN-TAM İNŞAAT” MMC 50-yə yaxın işçini heç bir səbəb göstərmədən ixtisar edib.

Axar.az xəbər verir ki, paytaxtın mərkəzində otel tikintisi ilə məşğul olan şirkət aylardır ki, işçilərin maaşını vermir.

Redaksiyamıza şikayət edən fəhlələrin sözlərinə görə, Əhməd Qadir Gülər adlı Türkiyə vətəndaşının rəhbərlik etdiyi şirkət dəfələrlə söz versə də, buna əməl olunmayıb:

“İki aydır ki, maaşımız verilmirdi. Nəhayət, dünən 50-ə yaxın işçi etiraza qalxdı və maaşlar verilmədiyinə görə qərara gəldik ki, işləri dayandıraq. Bunun müqabilində şirkət rəhbərliyi bu gün maaşların ödəniləcəyinə söz verdi. Lakin işə gələndə məlum oldu ki, artıq şirkət bizim fəaliyyətimizə xitam verib”.

Məlumat üçün bildirək ki, “CEN-TAM İNŞAAT” şirkəti bulvarda dənizin içində otel tikintisini reallaşdırır.

Mövzunu diqqətdə saxlayacağıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm