Fuad Muradov: “Elmə qoyulan sərmayə bu gün özünü doğrultmur”- AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Fuad Muradov: “Elmə qoyulan sərmayə bu gün özünü doğrultmur”- AÇIQLAMA

“Azərbaycanda elmi fəaliyyəti tənzimləyəcək kifayət qədər qanunverici baza mövcuddur”. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov AMEA prezidenti Akif Əlizadənin alimlərin qurultayında çıxışı zamanı mövcud qanunvericilik bazasının elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaratdığı barədə sözlərinə münasibət bildirərkən deyib.

“Əgər hörmətli akademikimizin belə bir fikiri olubsa, bu daha çox texniki məsələlərə bağlıdır. Mən düşünmürəm ki, elmin inkişafını əngəllədən problemlərdən birincisi cihazların vaxtlı-vaxtında alınması ilə bağlıdır. Dövlətin müəyyən prosedurları var və buna da istər elmi, istərsə dövlət qurumları əməl etməlidir”. Deputat qeyd edib ki, hazırda Azərbaycan elmində olan problemlərin bir qismi gənclərin bu sahəyə gələ bilməmələrindədir. “Milli Məclsin son iclasında da demişəm ki, bu gün elmdə olan ən böyük çatışmamazlıqdan biri məhz Elmlər Akademiyasında, oranın institutlarında elmin “qocalması”ı, gənclərin elmə maraq göstərməməsidir.

Onun da səbəbləri aydındır: Bir çox elm ocaqlarında gənclər üçün stimullaşdırıcı şərait yaradılmır. Ona görə də hörmətli akademikin özünün də qeyd etdiyi kimi Elmlər Akademiyasında bu islahatlar daha sürətlə getməli və gənclərimizdə elmə marağı artırmalıdır”. Gənc alimlərin sosial problemləri ilə bağlı məsələlərə toxunan deputat bildirib ki, prezident İlham Əliyev bununla bağlı hər zaman proqramlarında, çıxşılarında, fəaliyyətində bu təbəqəyə lazım olan bu dəstəyi ifadə edir. “Onu da etiraf etməliyik ki, dövlət büdcəsi yaxud elmə qoyulan sərmayə bu gün özünü doğrultmur.

Burada obyektiv və subyektiv səbəblər ola bilər”. F.Muradov vurğulayıb ki, Azərbaycan elmində ciddi islahatlara ehtiyac var. Gənclərin elmə marağının artması ilə islahatların müsbət nəticələrinə nail olmaq olar. Xatırladaq ki, alimlərin qurultayında çıxış edən AMEA prezidenti Akif Əlizadə Bildirib ki, bəzi hallarda Respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır. Akademik eksperimental işlərin aparılması hansı isə cihaz və avadanlıqların alqı-satqı sistemində tender mexanizmlərinin mövcudluğundakı problemlərdən narazalıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm