KİVDF daha bir müsabiqənin qaliblərini mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

KİVDF daha bir müsabiqənin qaliblərini mükafatlandırdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq bir sıra istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan etmişdi.

Tədbirdə çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, Azərbaycanda mətbuata dövlət qayğısı ildən-ilə artır. Kütləvi informasiya vasitələrinin böyük qismi mediaya dövlət dəstəyini açıq-aydln hiss edirlər. Bu qayğı mətbuatın inkişafına stimul verir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü ildə 10 müsabiqə keçirib. Müsabiqələrdə qalib olmuş 336 jurnalist mükafatlandırılıb. Bu gün qalibləri açıqlanan müsabiqədə 154 media nümayəndəsi iştirak edib. Lakin onlardan 114-ü qalib elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Bəxtiyar Sadıqov müsabiqəyə təqdim olunan bir sıra yazılarda plagiatlıq faktlarının olduğunu bildirərək bu müsabiqələrdə daim eyni adamların iştirak etdiyini diqqətə çatdırıb. O, bu səbəbdən bir sıra jurnalistlərin yaradıcılığının aşağı səviyyədə olduğunu vurğulayıb.

Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşov isə fonda eyni jurnalistlərin tamamilə ayrı-ayrı, fərqli sahələr üzrə yazılar təqdim etdiyini önə çəkərək həmin mövzulara dair məqalələrin eyni adamlar tərəfindən hazırlanmasının suallar doğurduğunu deyib.

Publika.az saytının əməkdaşı Asif Nərimanlı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda yazı müsabiqəsində ikinci yerə layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm