Hər şeyini itirən 27 yaşlı nakoman fəryad edir: “Nə olar, mənə yardım edin”
Bizi izləyin

Qırmızı.az

Hər şeyini itirən 27 yaşlı nakoman fəryad edir: “Nə olar, mənə yardım edin”

Narkotik maddə istifadəsinə 3 il öncə dostları ilə məclislərin birində marixuana ilə başlayan 27 yaşlı gənc Adəm D. artıq bu bəladan yaxa qurtarmaq istəyir. Müalicə almaq niyyətində olduğunu iddia edən narkoman «Nə olar, mənə yardım edin» deyib ona köməklik göstərmələrini xahiş edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osmaniyədə dülgərlik edən Adəm narkotik maddə aludəçisi olduğu üçün ilk öncə işini itirdiyini bildirib: «Bir müddət sonra isə yoldaşım 4 yaşlı oğlumu da götürüb evi tərk etdi. Gün keçdikcə artıq ətrafımdakı insanlar, dost-tanışlarım da məndən uzaq gəzməyə başladılar. Mən narkotik maddə istifadəsinə «bir dəfə ilə bir şey olmaz» deyə başladım. Lakin sonradan ən güclü təsirə malik olan heroinə alışdım. Heroin istifadə etmədiyim zaman isə dəli kimi olurdum, krizlər başlayırdı».

Bir neçə dəfə spirtli içki və narkotik maddə aludəçilərinin müalicə araşdırma mərkəzində müayinə olunduğunu, lakin bunun heç bir faydasının olmadığını qeyd edən Adəm qanına işləmiş mərəzdən yaxa qurtarmağın yollarını axtarır: «Tanışlarım mənə dedilər ki, bir dəfədən bir şey olmaz, al, istifadə et. Elə həmin gündən narkotik maddə istifadəsinə başladım. Bir neçə dəfə istifadə etdikdən sonra aludəçisi oldum. İlk vaxtlar utandığım üçün bunu ailəmdən gizlətdim. Sonradan maddi cəhətdən ailəmə dəstək olmadığım üçün artıq bunu gizlətməyin də heç bir mənası yox idi. Bataqlığın içinə düşdüyümün fərqinə vardım. Nəhayət, ailəmə hər şeyi etiraf etdim. Lakin artıq gec idi. Geriyə yolum qalmamışdı. Daha doğrusu, bu mərəzdən qurtula bilmirdim. Ailəmin təkidi ilə spirtli içki və narkotik maddə aludəçilərinin müalicə araşdırma mərkəzinə baş vurdum. Dərman yazdılar. Ancaq bunun heç bir faydasını görmədim. Heç cür özümü nəzarət altında saxlaya bilmədim. Bu gün ən çox istədiyim odur ki, qanıma işləmiş mərəzdən canımı qurtarım. Canımdan can getdi. Daha bəsdir. Narkotik maddələr məndə nə xarakter, nə şəxsiyyət, nə də şərəf-namus qoydu. Hər şeyim, varım-yoxum narkotik oldu. Mən artıq bundan yaxa qurtarmaq istəyirəm. Mənə yardım edin».

Narkotik aludəçisi olduqdan sonra işini itirdiyini deyən Adəm bu səbəbdən də narkotik maddə almaq üçün pul tapmaqda çətinlik çəkdiyini bildirir: «Narkotik üçün pul tapmaq çətindir. Əsasən də bədənin onu tələb edəndə adamın ağlı başından çıxır. Ətrafdakı insanlar isə narkoman olduğum üçün məndən uzaq qaçır. Odur ki, çətin də olsa pul tapırdım. Sonra da heroin alıb bir müddət «rahat»lığa qovuşurdum. Onu da deyim ki, mən ailəmdən başqa heç kəsə ziyan vurmamışam. Televizoru, soyuducunu satıb heroin aldım. Evdə pula gedə biləcək hər şeyi satdım. Atam əlildir. Əl arabasında gəzir. O, quru meyvə satmaqla dolanır. Hətta onun meyvələrini belə satdım. Malları çox ucuz qiymətə verirdim ki, tez satılsın. Narkotik məndən ala biləcəyi hər şeyi aldı. Artıq heç nəyim qalmadı. Bu gün heroin istifadə etmirəm. Ancaq buna görə vəziyyətim heç də yaxşı deyil. Heroin krizi gəldikdə otaqda qıvrılıb qalıram. 7-8 aydır ki, işləmirəm. Müalicə almağa imkanım yoxdur».

Gənclərə məsləhət verən Adəm ona baxıb ibrət almalarını istəyir: «Narkotik maddə qəbul etməyən vaxtlarda yaxşı pul qazanırdım. Dostlarım məndən yararlanmaq üçün ətrafında gəzişirdilər. Qazandığım pulların hamısını ailəmə sərf etmək əvəzinə, dostlarımla əyləncəyə verirdim. Beləcə, məni heroinə öyrətdilər. Gənclər mənə baxıb ibrət alsınlar. Bu mərəz insanı insanlıqdan çıxarır. Ondan uzaq dursunlar».

Adəmin anası Ayşə D. oğlunun müalicəsi üçün əllərindən gələni etdiklərini, lakin maddi sıxıntı içində olduqlarından çətinlik çəkdiklərini deyir: «Oğlumuza yardım etmək istəyirik. Bunun üçün bizim yardıma ehtiyacımız var. Valideynlər gərək övladlarını narkotik maddələrdən uzaq tutsunlar. Onlara sahib çıxın!»

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm