Bakıda “uçan” avtobus - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda “uçan” avtobus - VİDEO

Bakıdakı avtobuslardan biri uçur. Onun Binə Hava Limanı istiqamətində hərəkətini görənlər maşın yerlə gedir deyə bilməz. Bu avtobusun sürəti az qala uçuş sürətinə çatır.


10-TG-812 dövlət nömrə nişanlı 171 saylı marşrut avtobusu 120 km/saat sürətlə hərəkət edir. Halbuki avtobus həmin yolun sağ tərəfi ilə bundan qat-qat aşağı sürətlə hərəkət etməlidir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlanılıb. Onun sözlərinə görə, DYP inspektorları nəzarət edirlər, qaydaları pozan sürücülər cəzalandırılırlar.(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm