Unibank uğurlarını bölüşdü
Bizi izləyin

Qırmızı.az

Unibank uğurlarını bölüşdü

Unibank partnyorlarını, mətbuat nümayəndələrini və əməkdaşlarını Four Sesons Baku otelində bir araya gətirdi. Məqsəd dünyanın nüfuzlu jurnalı “The Banker” jurnalı tərəfindən Unibank-ın “Ən yaxşı riteyl bank” nominasiyası üzrə “İlin bankı” seçilməsini dostlarla paylaşmaq idi. Tədbirdə çıxış edən bankın CEO-su Cəlal Qasımov Unibank-ın 2014-cü ilə olan nailiyyətlərindən, göstəricilərindən danışdı və bildirdi ki, pərakəndə müştərilərə göstərilən xidmətin keyfiyyət və kəmiyyət baxımından xeyli yüksəlməsi bankın bu nüfuzlu mükafata layiq görülməsinə səbəb olub.

Tədbir çərçivəsində Unibank-ın “ARZULAR REALLAŞIR” imic çarxı da ictimaiyyətə təqdim olundu.Əsas mövzusu ideyaları, arzularını reallaşdırmaq istiqamətində əzmlə mübarizə aparanların hər zaman sonda böyük uğurlara imza atdığını diqqətə çatdırmaq olan film 3 dostun uğur hekayətindən bəhs edir.

Əsas iştirakçıları KİV nümayəndələri olan tədbirin qonaqları üçün daha bir sürpriz isə 2015-ci ilin Unibank tərəfindən “Mətbuat ili” elan edilməsi oldu. Bank gələn ili mətbuat nümayəndələri üçün çoxsaylı tədbirlər keçirməyi planlaşdırır.

Bankın müştərilərini, partnyorlarını 2015-ci ildə böyük sürprizlər və yeniliklər gözləyir. Bank gələn il öz xidmətlərini genişləndirməyi, yeni məhsullar təqdim etməyi planlaşdırır.

Unibank-hər kəsn bankı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm