Nazirliyin qərarı suya düşdü: iritonnajlılar Bakını dağıdır
Bizi izləyin

Qırmızı.az

Nazirliyin qərarı suya düşdü: iritonnajlılar Bakını dağıdır

Bakının mərkəzinə iritonnajlı yük maşınlarının girişinə qoyulan qadağaya əməl olunmur.

Axar.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin iki il əvvəl qəbul etdiyi qərara əsasən, yük maşınları qaynar saatlarda şəhərə daxil ola bilməzlər. Çünki həm nəqliyyatın hərəkətinə maneə yaradır, həm tıxaclara səbəb olur, həm də yol örtüyünün dağılmasına gətirib çıxarır. Amma nazirliyin bu qərarı kağız üzərində qalıb.

Şəhərin müxtəlif istiqamətlərində günorta saatlarında iritonnajlı yük maşınlarının hərəkət etdiyini görmək olar. Paytaxtda gedən tikinti işləri, yenidənqurma planlarına görə yük maşınları mərkəzi küçələrdə şütüyürlər. Bununla bağlı aparılan reydlər davam etdirilir, cərimələrin məbləği artırılıb. Qeyd edək ki, fiziki şəxslər 600 manatdan 700 manatadək, vəzifəli şəxslər 1200 manatdan 1800 manata qədər cərimə ödəyir.

Hüquqi şəxslər üçün isə 4 min manatdan 5 min manatadək cərimə nəzərdə tutulub. Ağır tonnajlı maşınlarla işlərin aparılması üçün Nəqliyyat Nazirliyində xüsusi bir idarə də (85 saylı yol istismar idarəsi) yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, avtomobillərin yüklə birlikdə ümumi kütləsi də müəyyənləşdirilib.

Belə ki, “KamAZ”ın yüklə birlikdə çəkisi 20 ton, daşıdığı yüklər isə mişar daşı 350 ədəd, qum və çınqıl isə 6 kubmetrdən artıq olmamalıdır. Digər avtomobillər üçün də yükdaşıma qaydaları təsbit edilib. Buna əməl olunmasını yoxlamaq üçün Nəqliyyat Nazirliyi tərəfindən magistral yollarda tərəzi postları qurulub.

Buna baxmayaraq, vəziyyət hələ də qənaətbəxş sayılmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm