Kriminal generalların ən böyük “sxodka”sı reallaşır
Bizi izləyin

Qırmızı.az

Kriminal generalların ən böyük “sxodka”sı reallaşır

Rusiyanın paytaxtı Moskva şəhərinə MDB və Avropa dövlətlərindən nüfuzlu “qanuni oğru”lar gəlməyə başlayıb. Onlar “kriminal generalar”ın son illərdəki ən geniş miqyaslı “sxodka”sında iştirak etməlidirlər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, son günlər ərzində Moskvaya onlarla nüfuzlu “qanuni oğru” gəlib. “Qanuni oğru”lar arasında David Sebiskveradze (Dato) və Vaja Biqanışvili də yer alıb. Dato uzun illərdir ki, Gürcüstanda yaşayır və son zamanlar bir sıra Avropa ölkələrində mafiya işləri ilə məşğul olub. Vaja Avropa və Qazaxıstanda yaşayır. Kriminal mühitdə böyük nüfuza malikdir.



Bütün “qanunçu”lar yaxında keçirilməsi planlaşdırılan “sxodka”da iştirak etməlidirlər. Mənbədən verilən məlumata görə, dəqiq tarix hələ müəyyən edilməyib: “Lakin Yeni ilə qədər keçirilməsi gözlənilir. Təbii ki, hüquq-mühafizə orqanları “sxodka”ya maneə olmağa qərar verməsələr”.

Qeyd edək ki, “sxodka”nın keçirilməsini təşkil edən Rusiyanın bütün mafiyalarının lideri Zaxari Kalaşovdur (Şakro “molodoy”).



“Sxodka”nı keçirməkdə Kalaşovun məqsədi öz çevrəsində böyük konfliktləri həll etməkdir. Bütün məsələlər üzrə son qərar xüsusi məktublar (“malyav”) şəklində rəsmiləşdiriləcək və azadlıqdan məhrumetmə məntəqələrinə göndəriləcək. Məktubların altında kriminal dünyanın 100-dən artıq nüfuzlu “qanuni oğru”sunun imzası olacağına görə, bu qərarlar heç kimdə şübhə doğurmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm