Körpüdən özünü atan qızın vəziyyəti ağırdır
Bizi izləyin

Qırmızı.az

Körpüdən özünü atan qızın vəziyyəti ağırdır

Bakıda dünən gecə özünü körpüdən atan qızın vəziyyəti ağırdır. Bu barədə Publika.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev məlumat verib.

“Xəstə dünən gecə ağır kəllə-beyin travması, çanaq sümüyü və sağ said sümüyünün sınığı ilə xəstəxanaya daxil olub. Hazırda vəziyəti ağır-stabildir”.

Xəstənin reanimasiyaya yerləşdirildiyini deyən baş həkimin sözlərinə görə, onun ağır vəziyyətdən çıxarılması üçün həkimlər əllərindən gələni edirlər.

Qeyd edək ki, 27 yaşlı Sevinc Əsədova ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. O, Bakıxanov küçəsindəki körpüdən özünü ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm