Təhsil Nazirliyinə müraciətlər artıb
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyinə müraciətlər artıb

2014-cü ildə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 58752 zəng daxil olub. Bu da ötən illə müqayisədə 4,5 dəfə çoxdur. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların Qəbulu Mərkəzində 55624 vətəndaşa xidmət göstərilib. Kommutator xidmətinə 35000-ə yaxın zəng daxil olub.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 11848 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzinə 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənədlər) qəbul olunub.

2014-cü il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri 607 vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm