Gəmi, təyyarə qəzaları, insan faciələri – 2014-cü ilin ən ağır olayları – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəmi, təyyarə qəzaları, insan faciələri – 2014-cü ilin ən ağır olayları – FOTOLAR

Son günlərini yaşadığımız 2014-cü il bir sıra maraqlı hadisələri, özünəməxsus xüsusiyyətləri ilə yadda qaldı. Təbii ki, xatirəyə dönməkdə olan ötən ildə faciələr, qəzalar da baş verdi. Publika.az 2014-cü ilin ən dəhşətli faciələrini, hadisələrini təqdim edir.

Apreldə Cənubi Koreyada baş vermiş gəmi qəzası ötən ilin ağır faciələrindən biri idi. Cənubi Koreyanın “Sevolе” sərnişin gəmisi aprelin 16-da qəzaya uğradı. Gəmidə olanlardan 174 nəfəri xilas edildi, 50-dən çox insanın öldüyü təsdiqləndi. Gəminin göyərtəsindəki 476 nəfərdən 350-si Ansan şəhərindən olan məktəblilər idi. İnçxon limanından gəmi Çedju kurort adalarına gedirmiş. Gəminin kapitanı və daha iki ekipaj üzvü həbs olundu. Onlara qarşı səhlənkarlıq və dəniz qaydalarını pozma maddələri ittihamı irəli sürüldü. Məlumatlara görə, hadisə baş verən gün sərnişin gəmisini o qədər də təcrübəli olmayan komanda idarə edirmiş…

Mart ayında Krımı itirən Ukrayna iyulda daha bir faciəni yaşadı. Belə ki, Rusiyapərəst separatçılar tərəfindən atılan raketlə bu ölkənin səması üzərində sərnişin təyyarəsi vuruldu. Qəzada 300 nəfər həlak oldu, onlardan 23-ü ABŞ vətəndaşı idi. Malayziya Hava Yollarına məxsus təyyarə Ukrayna üzərində, 10 min metr hündürlükdə vurulub. Ukraynanın Daxili İşlər Nazirliyinin rəsmisi Anton Geraşenko isə deyib ki, təyyarəni Buk təyyarə əleyhinə sistemlə vurublar.

Başqa məlumata görə, əgər təyyarə vurulubsa, onu 10 km hündürlükdə yalnız Buk sistemi və ya C-300 raketi ilə vurmaq olardı.

Təyyarənin düşdüyü əraziyə hazırda “Donetsk Xalq Respublikası” nəzarət edir. Xarici KİV-lərin məlumatlarına görə, təyyarə Rusiyapərəst separatçılar tərəfdən atılmış zenit-raket kompleksindən atılan raketlə vurulub.
“Lufthansa”, “Air France”, “Aeroflot”, “Transaero” və “Turkish Airlines” aviaşirkətləri Ukrayna ərazisindən uçuşları dayandırıb.

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777-200ER" sərnişin təyyarəsi ilə bağlı müəmmalar müxtəlif versiyalara yol açdı. Qeyd edək ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurun beynəlxalq hava limanından səmaya qalxan və Pekinə yollanan təyyarə iki saat sonra yoxa çıxıb. Təyyarədə 239 nəfər vardı və onların 12 nəfəri heyət üzvləri idi. Təyyarənin Cənubi Çin dənizinə, Vyetnamın Tho Ço adasının yaxınlığında suya düşdüyü deyilirdi. Malayziyanın hakimiyyət dairələri təyyarənin yoxa çıxmasını "misli-bərabəri olmayan hadisə" kimi qələmə verdilər.

Təyyarənin terror aktı nəticəsində səmada partlaması da istisna olunmurdu…

Başa çatmaqda olan ilin mayını qardaş Türkiyə xalqı üçün qara ay hesab etmək olar. Belə ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində partlayış baş verdi. Qonşu ölkədəki qəza zamanı 300-dən çox şaxtaçı öldü. Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.

Qeyd edək ki, bunlar 2014-cü ilin ən yaddaqalan, çox insan tələfatı ilə nəticələnən qəzaları idi. Şübhəsiz ki, faciələrin siyahısı bunlarla yekunlaşmır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm